Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:50

«Barmek» iyunun 30-da fəaliyyətini dayandıra bilər


«Barmek»in prezidenti Hüseyn Aarabul
«Barmek»in prezidenti Hüseyn Aarabul

Cəmiyyətin sədri Hüseyn Arabul deyir ki, rəhbərlik etdiyi qurum fəaliyyətini dayandıracağı təqdirdə hökumətdən 291 milyon dollar məbləğində kompensasiya tələb edəcək


«Vəziyyət dəyişməsə, «Barmek» şirkəti iyunun 30-da Azərbaycanda fəaliyyətini dayandıracaq və hökumətdən 291 milyon dollar məbləğində kompensasiya tələb edəcək». «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul «Turan» İnformasiya Agentliyinə müsahibəsində belə deyib. Onun sözlərinə görə, Vergilər Nazirliyi şirkətə lazım olan sənədləri vermir ki, biznes əməliyyatlarını həyata keçirsin. Müəssisə həmçinin qış mövsümünə də hazırlaşa bilmir. Cənab Arabul deyib ki, şirkətin 1,5 mln. dollarlıq avadanlığı 3 aydır ki, Azərbaycanla sərhəddə gömrükdə saxlanır.


«Barmek»ə qarşı mənimsəmə və korrupsiya faktı üzrə Baş Prokurorluqda cinayət işi açılıb, şirkətsə ittihamları qəbul etmir. .
XS
SM
MD
LG