Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:45

“Meksika meydana qələbə əzmi ilə çıxacaq”


Meksika Fransa qarşılaşması
Meksika Fransa qarşılaşması
Meksika yığmasının baş məşqçisi Havyer Aqirre deyib ki, qrup turnirinin son oyununda onun komandası Uruqvay millisi ilə oyuna qələbə üçün çıxacaq. Qarşılaşma heç-heçə bitərsə, onda hər iki komanda, həm Meksika həm də Uruqvay 1/8 finala çıxacaq və indi çoxları ehtiyat edir ki, komandalar məhz belə nəticə göstərəcək.

Lakin oyunqabağı mətbuat konfransında Aqirre deyib ki, qələbəyə can atmaq Meksika komandası üçün qanundur:
“Sizi əmin edirəm ki, Meksika meydana qələbə əzmi ilə çıxacaq”.

A qrupunda qərarlaşan Uruqvay və Meksika yımalarının hərəyə 4 xalı var. Fransa və CAR komandalarının isə aktivində 1 xalları var. Fransa ilə CAR yığmalarının Dünya Çempionatının play-off mərhələsinə çıxmağa şansları hələ də var. Meksika və Uruqvay qarşılaşmasında bir komandanın qələbəsi və Fransa CAR qarşılaşmasında böyük top fərqi ilə əldə olunan qələbə bu komandalara 1/8 finalının sevicini yaşada bilər.

Meksika Uruqvay qarşılaşması heç-heçə bitərsə, Meksika ikinci, Uruqvay isə qrupda birinci olacaq. 1/8 finalda A qrupunun iki komandası B qrupundan çıxan iki komanda ilə qarşılaşacaq. B qrupunda play-off mərhələsi uğrunda Argentina, Cənubi Koreya, Yunanıstan və Nigeriya yığmaları mübarizə aparır.
XS
SM
MD
LG