Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:02

Rusiya partiarxı üçün "bağ evi" ətraf mühit fəallarını qəzəbləndirib


Moskva və bütün Rusiyanın patriarxı üçün tikildiyi iddia olunan saray
Moskva və bütün Rusiyanın patriarxı üçün tikildiyi iddia olunan saray

BAŞ NAZİRƏ MALİKANƏ, PATRİARXA BAĞ EVİ


Rusiya ekoloqları nadir ağac növlərinin məhv edilməsi hesabına Krasnodarda “Patriarx üçün bağ” evinin tikintisindən narahatdırlar. Artıq qırmızı günbəzli bağ evinin tikintisi başa çatmaq üzrədir.

Rəsmi məlumatlarda tikilinin “dini və mədəni mərkəz” binası olduğu deyilsə də, dolaşan söz-söhbətlərə görə, əslində orada Rusiya pravoslav kilsəsinin başçısı üçün dəbdəbəli kurort tikilir. Bu tikilinin yaxınlığında isə Rusiya baş naziri Vladimir Putin üçün 1 milyard dollarlıq imarət tikildiyi bildirilir.

Ekoloqlar ötən həftə Patriarxın "bağ evi"nin şəklini yayıblar və bildiriblər ki, bağ evi Krasnodar regionunun sahilyanı Divnomorsk kəndində mühafizə olunan ərazidə yerləşir.
Moskva və bütün Rusiyanın patriarxı Kiril üçün tikildiyi iddia olunan saray
Qrup fəallarından biri Dmitri Şevçenko bildirir ki, tikinti təxminən 10 hektara yaxın ərazidə gedir. Orada ağac kəsmək qanunsuzdur. Belə ağacları kəsməyə, məhv etməyə qanunla icazə verilmir. Bu əməl cinayət tərkiblidir. İstisna hallarda kəsməyə icazə var. Ancaq patriarx iqamətgahının tikintisinin buna aidiyyatı yoxdur.

Rusiya mətbuatı yazır ki, Moskva Patriarxlığı bu tikintiyə heç bir aidiyyatının olmadığını bildirir.

Bu mərkəzin layihəsi 2005-ci ildən elan olunub. Yerli ətraf mühit fəallarından Andrey Rudamaxo tikintiyə qarşı 2008-ci ildən mübarizə aparanlardandır, tikintinin əleyhinə dəfələrlə yuxarı instansiyalara məktub da yazıb:

- Ancaq bütün rəsmilər layihəyə göz yumur. Bəziləri hətta ərazidə ağac bitmədiyini də deyib. Putinin bağ evi və digər layihələr kimi ona da dövlət nəzarəti yoxdur.
Moskva və bütün Rusiyanın patriarxı Kiril üçün tikildiyi iddia olunan saray


Rudamaxo tikintinin yerli ətraf mühit agentliyi tərəfindən təsdiqləndiyini, ancaq agentliyin bu işləri dayandırmaq üçün heç bir səy göstərmədiyini bildirib.

KREML İTTİHAMLARA CAVAB VERMİR

Amma Kreml gəzən şayiələrə şərh vermir. “Greenpeace Russia” proqramının direktoru İvan Bloxov prezident administrasiyasının əvvəllər də bu kimi tikintilərdə iştirakını təkzib etdiyini qeyd edir:

- Mən bilmirəm, bu kimi tikililərə qarşı hökumət nə zaman ölçü götürəcək, ola bilsin aylar, illər çəkəcək. Ola bilsin məhkəməyə, hətta Avropa məhkəməsinə verməli olduq. Əminəm ki, nə isə etmək olar.

Kreml korrupsiya ilə mübarizəni son aylar əsas prioriteti elan edib. Amma “patriarxın bağ evi”nin şəkilləri hökumətin anti-korrupsiya kampaniyasının səmimiliyinə inamı azalda bilər.

Vladimir Putin üçün tikildiyi iddia olunan bir milyard dollarlıq sarayın fotolarına burada baxa bilərsiniz.
XS
SM
MD
LG