Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:49

ABŞ Dövlət Departamenti: İntiqam Əliyevin həbsi bir daha sübut edir ki… [Video]


İ. Əliyev: Həbsim siyasi sifarişdir
Gözlə

No media source currently available

0:00 0:06:28 0:00

-

Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

ABŞ Dövlət Departamentinin rəsmisi Barnum Jeremy Azərbaycanda son günlər insan haqları fəallarının həbsi ilə bağlı AzadlıqRadiosunun sualına cavabında deyib ki, bu ölkə insan haqlarına dair beynəlxalq öhdəliklərinə uyğun şəkildə yaşamır:

«İnsan haqları fəalı İntiqam Əliyevin saxlanması Azərbaycanda dinc ictimai fəaliyyətə məhdudiyyətləri bir daha sübut edir. Biz getdikcə daha çox narahat oluruq ki, Azərbaycan insan haqlarına dair beynəlxalq öhdəliklərinə uyğun şəkildə yaşamır. Azərbaycan hökumətini öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə, onların işləri üzrə ədalətli məhkəmə proseslərinə təminat verməyə və fikirlərini azad şəkildə ifadə etmələrinə imkan yaratmağa çağırırıq».

3 AYLIQ HƏBS

Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisi İntiqam Əliyev barədə 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib.

Onun dediyinə görə, İntiqam Əliyev qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

AXTARIŞ BİTDİ

İntiqam Əliyevin evində axtarış
İntiqam Əliyevin evində axtarış

​İntiqam Əliyevin evində prokurorluq əməkdaşlarının axtarışı bitib. Ailə üzvlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, prokurorluq əməkdaşları özləri ilə İntiqam Əliyevə məxsus iki bağlama sənəd, kitab, bundan başqa iki prosessor, iki «iPad», iki noutbook və suvinir xəncəri aparıblar.

Axtarışlar vəkil Anar Qasımlının iştirakı ilə aparılıb.

İNTİQAM ƏLİYEVİN VƏKİLİ DANIŞIB

Vəkil Cavad Cavadov AzadlıqRadiosunun müxbirinə bildirib ki, axtarış yekunlaşmaq üzrədir, birazdan İntiqam Əliyev Nəsimi Rayon Məhkəməsinə aparılacaq.

«İNTİQAM ƏLİYEV BU ÖLKƏNİN, BU XALQIN MİLLİ SƏRVƏTİDİR»

İntiqam Əliyevin evində axtarış
İntiqam Əliyevin evində axtarış

«İntiqam Əliyev bu ölkənin, bu xalqın milli sərvətidir. Ona qarşı belə hərəkətlər heç bir çərçivəyə sığmır».

İntiqam Əliyevə qarşı irəli sürülən ittihamları şərh edən Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli bu sözləri AzadlıqRadiosuna müsahibəsində deyib.

«Ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Məqsəd sadəcə, ölkədə qalan az saylı vətəndaş cəmiyyətinə birdəfəlik zərbə endirməkdir».

Ənnağı Hacıbəylinin dediyinə görə, İntiqam Əliyev vəzifəli şəxsin səlahiyyətlərini və qrant vəsaitini mənimsəmədə ittiham olunur.

«Beləki Ədliyyə Nazirliyi onun sonuncu dəfə Hüquq Maarifçiliyi cəmiyyətinin prezidenti seçilməsini qeydə almayıb. İddia olunur ki, guya o cəmiyyətin prezidentliyi vəzifəsini mənimsəyib. Bundan başqa İntiqam Əliyev qrant müqaviləsi imzalayıb, pul banka köçürülüb, ancaq Ədliyyə Nazirliyi layihəni qeydə almadığına görə İntiqam müəllim o pulu heç hesabdan çıxarmayıb da. Pul qəpiyinə qədər bankdadır. Absurd ittiham irəli sürüblər ki, o pulu mənimsəyib».

«SİZ HƏBSDƏKİLƏRİN MÜDAFİƏSİLƏ MƏŞĞUL OLUN, MƏNƏ EHTİYAC YOXDUR...»

Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid

İntiqam Əliyevə «təqsirləndirlən şəxs» qismində ittiham elan olunub. Bunu ofisində axtarış aparılan zaman İntiqam Əliyev jurnalistlərə özü deyib.

«Ölkədə insan hüquqlarını müdafiə edənləri, seçkilərin saxtalaşdırılmasına etiraz edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar sayırlar. Mən də o, «cinayətkar»lardan biriyəm. Dostlar, siz həbsdəkilərin müdafiəsi ilə məşğul olun, mənə ehtiyac yoxdur...»

«AXTARIŞ İNTİQAM ƏLİYEVİN İŞTİRAKI OLMADAN APARILIR»

İntiqam Əliyev indilərdə istintaqdan çıxıb polisin müşaiyəti ilə axtarış aparılması üçün rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisinə aparılır.

AzadlıqRadiosunun müxbiri İntiqam Əliyevin ofisində axtarışlara başlandığını xəbər verir.

«Axtarış İntiqam Əliyevin iştirakı olmadan aparılır. Hüquq müdafiəçisi özü ofisin qarşısında dayanan polis maşınındadır, amma prokurorluq əməkdaşları vəkilin iştirakı ilə ofisdə axtarışlara başlayıblar».

BAŞ PROKURORLUQ MƏLUMAT YAYACAQ

Baş Pprokurorluq İntiqam Əliyevin istintaqa çağırılması ilə bağlı məlumat yayacaq.

Prokurorluğun sözçüsü Eldar Sultanov AzadlıqRadiosuna İntiqam Əliyevin saxlanması və həbs olunması barədə məlumatların doğru olmadığını deyib:

«Kiminsə istintaqa ifadə verməyə çağırılması həbs deyil. Biz indi onun istintaqa çağırılması ilə bağlı məlumat hazırlayırıq və bir azdan yayacağıq».

İNTİQAM ƏLİYEV BAŞ PROKURORLUĞA APARILIB, EVİNDƏ AXTARIŞ GEDİR

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə AzadlıqRadiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.

«Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».

Gözlə
Embed

No media source currently available

0:00 0:00:47 0:00
Direct-ə keçid

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

İNTİQAM ƏLİYEV KİMDİR?

İntiqam Əliyev BDU-nun hüquq fakültəsini bitirib. Hüquqşünas fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.

Xəzər, Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib.

Bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir.

2013-cü il martın 4-də o, «People in Need» insan haqları təşkilatının mükafatına layiq görülüb.

«Homo Homini» adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.

Mükafat yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici işlər naziri Karel Shwarcenberg tərəfindən təqdim olunub.

O, 1962-ci ildə anadan olub.

İNTİQAM ƏLİYEVİN EVİNDƏ AXTARIŞ APARILIR

İntiqam Əliyevin Saray qəsəbəsi, Dədə Qorqud küçəsindəki evində prokurorluq əməkdaşlarının axtarışı hələ davam edir. Hadisə yerində olan AzadlıqRadiosuunun müxbiri Vüsalə Əlibəylinin dediyinə görə, axtarışla bağlı jurnalistlərə heç bir məlumat verilmir.

«Ailə üzvlərinin iştirakı ilə axtarışlar davam edir. Məlumat aldıq ki, hüquq müdafiəçisinin özünə və övladlarına məxsus bütün komputer və noutbookları götürmək istəyirlər. Amma hələki bu, məlumatı içəridə axtarış aparan prokurorluq əməkdaşlarından dəqiqləşdirə bilməmişik».

XS
SM
MD
LG