Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:47

Keçmiş hakimə hansı xidmətinə görə yüngül cəza verilib?


►“Onun hakim olması, əksinə, ağırlaşdırıcı hal hesab olunmalıdır"

2000-ci ildən 2007-ci ilədək Binəqədi Rayon Məhkəməsinin sədri, bundan sonra 2013-cü ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin özünün növbəti mühakiməsi yekunlaşır.

İcra başçısı təyin etdirmək adı ilə tanışından 600 min manat almaqda təqsirləndirilən keçmiş hakimin işi üzrə Gəncə Apellyasiya Məhkəməsində prokuror çıxış edib və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Əliyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələri ilə 7 il, onunla birlikdə mühakimə olunanlardan Taleh Süleymanov da 7, Elman Məmmədov isə 8 il həbs cəzası alıb.

Prokuror çıxışında etiraf edib ki, Həsən Əliyevə yüngül cəza verilib. Onun ittiham olunduğu CM-nin 178.3.2-ci maddədə nəzərdə tutulan cəza 7 ildən başlanır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

YÜNGÜLLƏŞDİRİCİ, YA AĞIRLAŞDIRICI HAL?

Bu iş üzrə zərərçəkmiş qismində tanınan Ramazan Səlimovun nümayəndəsi İradə Cavadova da məhkəmədə çıxış edib.

Vəkil bildirib ki, məhkəmənin hökmündə Həsən Əliyevin uzun illər hakim işləməsi ona cəza təyin olunarkən yüngülləşdirici hal kimi nəzərə alınıb. Müdafiəçinin fikrincə, bu, doğru yanaşma deyil:

"Əgər bu əməli sıradan bir vətəndaş törətsəydi, düşünmək olardı ki, hüquqi savadı yoxdur, elədiyinin hüquqi nəticəsini bilmir. Həsən Əliyev isə uzun illər məhkəmə sədri işləyib, Bakı Ağır Cinayətlər Məhkəməsi kimi bir qurumda hakim vəzifəsində çalışıb. İndi onun ittiham olunduğu əmələ məhz həmin məhkəmədə hüquqi qiymət verilir. Bu baxımdan, onun hakim olması, əksinə, ağırlaşdırıcı hal hesab olunmalıdır".

Zərərçəkmişin nümayəndəsi çıxışının sonunda keçmiş hakimin cəzasının ağırlaşdırılmasını xahiş edib.

Məhkəmə fevralın 26-da təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı ilə davam edəcək.

Buna da bax: Bakının mərkəzi Formula-1 yarışına görə qazılır (Fotolar)

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG